EN

Tokayev Trampın dəvətinə cavab verdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

"Tokayev Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri idi və Qazaxıstan qurucu dövlətlərdən biri olmağa dəvət edildi" .

Tokayev Trampa göndərdiyi məktubda səmimi minnətdarlığını bildirib və razılığını təsdiqləyib.

Yanvarın 16-da Tramp Qəzza zolağını idarə edəcək Sülh Şurasının yaradıldığını elan edib. 

Chosen
125
1
unikal.az

3Sources