EN

Polis 100 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Azərbaycanda son iki gün ərzində polisin keçirdiyi əməliyyat zamanı 100 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Bu barədə News365.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 17-də və 18-də ümumi çəkisi 103,6 kiloqramdan artıq narkotik vasitə və 101 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Chosen
86
5
news365.az

10Sources