Bunu Sosial Xidmətlər Agentliyi İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. Vüqar Behbudov qeyd edib ki, il ərzində isə bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilib:
"Ötən dövrdə ümumilikdə 200-dən çox ailəyə səfər edilib, 600-ə yaxın şəxsə xidmət göstərilib. Səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınır və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülür. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin olunması üçün işlər davam etdirilir".
2025-ci ildəUkraynadan Azərbaycana dörd qrup olmaqla 132 uşaq gətirilib deyən V.Behbudov vurğulayıb ki, uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar:
"Artıq dörd ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçiririk. Onlar üçün ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyalar təşkil edilib. 2022-ci ildən bu günədək 360 ukraynalı uşaq Azərbaycanda reabilitasiya xidmətlərindən yararlanıb".
AzVision.az