“Mümkün məhdudiyyətlər Avropanın Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində əsas görüşlərdə istifadə etmək niyyətində olduğu təzyiq vasitəsi kimi qiymətləndirilir. Eyni zamanda, Avropa paytaxtları NATO daxilində dərin ixtilafın qarşısını almaq üçün kompromis həll yolu axtarırlar”, - məlumatda deyilir.
Qəzetin yazdığına görə, potensial tariflərin siyahısı hələ 2025-ci ildə hazırlanıb, lakin ticarət müharibəsinə səbəb olmamaq üçün onun nəzərdən keçirilməsi fevralın 6-dək dondurulub.
Yanvarın 18-də Aİ səfirləri Amerika şirkətlərinin birliyin bazarına çıxışını məhdudlaşdırmaq imkanını nəzərdə tutan qondarma “anti-məcburiyyət aləti” (ACI) ilə birlikdə bu tədbirlərin müzakirəsinə qayıdıblar.
- Cavab vermək üçün əlimizdə dəqiq alətlərimiz var. Tramp sırf mafiya üsullarından istifadə edir. Eyni zamanda, biz açıq şəkildə sakitliyə çağırmaq və ona geri çəkilmək imkanı vermək istəyirik. Mesaj belədir: bu kökə və qamçı üsuludur”,- müzakirələrin gedişindən məlumatlı olan avropalı diplomat vurğulayıb.
![]() |
| Qərb ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dayandırır |
“Bu məsələ Fransanın sədrliyi altında G7-nin bütün tərəfdaşları ilə də qaldırılmalı olacaq”,- mənbə bildirib.
Eyni zamanda diplomatlar qeyd edirlər ki, Aİ-yə üzv ölkələrin əksəriyyəti birbaşa təhdidlərə əl atmazdan əvvəl Trampla dialoqa üstünlük verir. Bu kontekstdə Aİrəsmilərindən biri“bizə hər hərarət dərəcəsini azaltmaq lazımdır”ifadəsini işlədib.
“Financial Times” qəzetinin məlumatına görə, Qərbin milli təhlükəsizlik müşavirləri əvvəlcə yanvarın 19-da Davosda Ukraynadakı vəziyyəti və bu yöndə gedən danışıqların gedişatını müzakirə etməyi planlaşdırırdılar. Lakin iclasın gündəliyinə düzəlişlər edilib və qərara alınıb ki, ilk növbədə Qrenlandiya ətrafındakı böhrana diqqət yetirilsin. Bu barədə nəşrə məsləhətləşmələrə hazırlıqla tanış olan iki məmur xəbər verib.
- Trampın təhdidləri, şübhəsiz ki, ACI-dən istifadəyə haqq qazandırır, çünki bu, klassik məcburiyyət nümunəsi olardı. Amma biz fevralın 1-nə qədər olan vaxtdan Trampın vəziyyətdən çıxış yolu tapmaqda maraqlı olub-olmadığını öyrənmək üçün istifadə etməliyik. Davosdakı danışıqların nəticəsindən çox şey asılı olacaq”, - daha bir avropalı məmur vurğulayıb.
Xatırladaq ki, bu fonda Avropa Parlamenti (AP) ABŞ Prezidenti Donald Trampın son təhdidləri fonunda Avropa İttifaqı ilə ABŞ arasında ötən yay imzalanmış ticarət sazişinin ratifikasiyasını dayandırdığını açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
