EN

Akademik məktəblilərlə görüşəcək

Bakı, 19 yanvar, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 21-də paytaxtdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı tanınmış dilçi-türkoloq, Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərov olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, Azərbaycan dilinin qorunması və inkişafı, dilimizin zəngin ifadə imkanları və bu prosesdə gənclərin rolu barədə fikir mübadiləsi aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Chosen
103
8
azertag.az

9Sources