EN

Müğənni: Üstümə cin göndərdilər, onları pişik də gördü

Narkotik testi ilə bağlı yayılan xəbərlərdən sonra sükutu seçən Yusuf Güney nəhayət ki, səslənən ittihamları cavablandırıb.

"Yeni Sabah" xəbər verir ki, müğənni barəsində deyilənləri qəbul etmədiyini və utanacağı heç bir addım atmadığını bildirib.

O, sosial mediada açdığı canlı yayımda olduqca qeyri-adi açıqlamalarla gündəmə gəlib.

Güney iddia edib ki, bir müddət əvvəl görünməyən varlıqlarla bağlı bildiklərini dilə gətirmək istəməyən şəxslərin təzyiqi ilə üzləşib. Onun sözlərinə görə, susmadığını görəndə onu qorxutmaq və psixoloji cəhətdən sındırmaq üçün üzərinə “cinlər” göndərilib.

Müğənni həmin varlıqları evdə olarkən açıq-aydın gördüyünü, əvvəlcə böyük qorxu yaşasa da, zaman keçdikcə bu halın onun üçün adi bir vəziyyətə çevrildiyini deyib. Hətta bəzi varlıqların ona adlarını belə söylədiyini iddia edib.

Sənətçi bildirib ki, yaşananlar təkcə onu deyil, evdə saxladığı pişiyi də təsirləndirib. Onun sözlərinə görə, pişik evdə gördüyü varlıqlardan sonra davranışlarını dəyişib.

Yusuf Güney son illər yeni mahnıların ərsəyə gəlməməsinin səbəbini də məhz bu hadisələrlə əlaqələndirib.

Əsmətxanım 


Telegram kanalımız
Chosen
114
yenisabah.az

1Sources