EN

İranda etirazlarda ölənlərin sayı 4 minə çatır

İrandakı etirazlarda həyatını itirənlərin sayının 3 min 919 nəfərə çatdığı bildirilir. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ mərkəzli İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkə daxilində keçirilən nümayişlərdə bu günə qədər 3 min 919 nəfərin öldüyünü elan edib.

Agentliyin açıqlamasında həmçinin 24 min 669 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığı qeyd olunub. Saxlanılanlar arasında çox sayda tələbə, fəal və jurnalistin olduğu bildirilir. 

Hüquq müdafiəçiləri həbsxanalardakı sıxlıq və saxlanma şəraiti ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər.

İranda 28 dekabr 2025-ci ildə milli valyutanın xarici valyutalar qarşısında sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən Tehran Böyük Bazarında esnafın (sahibkarların) rəhbərliyi ilə başlayan nümayişlər qısa müddətdə ölkə genelinə yayılmışdı.

Hazırda ölkənin bir çox şəhərində rejim əleyhinə şüarlar səsləndirilməyə davam edir. 

Beynəlxalq təşkilatlar İran hökumətini dinc nümayişçilərə qarşı həddindən artıq güc tətbiq etməməyə və iqtisadi islahatlara başlamağa çağırsa da, rəsmi Tehran hadisələrin xarici güclər tərəfindən idarə olunduğunu iddia edir.

Chosen
77
cebheinfo.az

1Sources