EN

Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bəyanat verdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bəyanat verib.

Publika.az xəbər verir ki, Ombudsmanın bəyanatı bu gün keçirilən tədbirdə ölkə və dünya ictimaiyyətinə çatdırılıb.

Bəyanatda deyilir:

"1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür.

İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

Chosen
166
15
publika.az

2Sources