Ötən il Suriya, Rusiya və Fələstindən 37 azərbaycanlının vətənə repatriasiyası həyata keçirilib.
Far.Az xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib ki, repatriantların sosial-psixoloji adaptasiyası, reinteqrasiyası və reabilitasiyası istiqamətində işlər aparılıb:
"İl ərzində bu kateqoriyadan olan 255 nəfərə müxtəlif sosial xidmətlər göstərilmişdir", - deyə o vurğulayıb.