“Real” Antonio Rüdigerlə yeni müqavilə imzalamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 32 yaşlı müdafiəçini buraxmaq niyyətində deyil və tərəflər arasında danışıqlar davam edir. Rüdigerin hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədərdir.
Bir neçə təklif almasına baxmayaraq, almaniyalı futbolçu “Real”da qalmağa üstünlük verir.