EN

Güney Azərbaycanda nəzarət gücləndirilib

ain.az, Reyting.az saytına istinadən bildirir.

İranda dekabrın 29-da başlayan və bu ayın ortalarına qədər davam edən etiraz aksiyaları ilə bağlı müxtəlif və ziddiyyətli məlumatlar yayılır.

Bir sıra media qurumlarının iddialarına görə, son etirazlar zamanı İrandakı rejim minlərlə insanı öldürüb və sabitliyi zor gücü hesabına təmin edə bilib.

Reyting.az-ın İrandakı mənbələri isə bildirirlər ki, hazırda Güney Azərbaycan şəhərləri faktiki olaraq fövqəladə vəziyyət şəraitindədir. Xüsusilə Təbriz, Meşkin, Xoy, Mərənd, Ərdəbil və digər şəhərlərdə vəziyyət son dərəcə gərgindir, cəmiyyət üzərində total nəzarət mexanizmləri gücləndirilib.

Mənbələr bu durumu İran hakimiyyətinin artan narahatlığı ilə izah edirlər. Şəhərlərdə faktiki hərbi vəziyyətin tətbiqi əhali arasında qorxu və narahatlıq yaratsa da, ehtimal olunur ki, mövcud hakimiyyət bu vəziyyəti uzun müddət davam etdirə bilməyəcək.

Bununla paralel olaraq son günlərdə müxtəlif videolar yayılmaqdadır. Mənbələrin təqdim etdiyi videolardan birində etirazlar zamanı öldürülən oğlunun cəsədinə yaxınlaşan ananın türk dilində mərsiyə oxuduğu görünür. Bu cür hadisələrin cəmiyyət yaddaşından asanlıqla silinməsi mümkünsüz kimi görünür.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
94
reyting.az

1Sources