EN

Manas Beynəlxalq Hava Limanında bir neçə uçuş təxirə salınıb

Bakı, 19 yanvar, AZƏRTAC

Manas Beynəlxalq Hava Limanında bir neçə uçuş müvəqqəti olaraq dayandırılıb.

AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, uçuş-enmə zolağında görüntü imkanı 400-800 metr arasındadır.

Qırğızıstan Hava limanlarının mətbuat xidmətinin məlumatına görə, "Türk Hava Yolları” və “Pegasus Airlines” uçuşlarını ləğv edib. Səbəblər müəyyənləşdirilir.

Bundan əlavə, “Tez Jet” Manasa iki daxili uçuşu ləğv edib.

Chosen
55
azertag.az

1Sources