EN

ABŞ ordusu İraqdan ÇIXARILDI

ain.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ İraq Kürdüstanı bölgəsi istisna olmaqla bu ölkədən qoşunlarının çıxarılmasını başa çatdırıb.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ hərbi qüvvələrinin sonuncu qrupu iyirmi ildən çox yerləşdiyi İraqın qərbindəki Ənbar əyalətindəki "Əyn əl-Əsəd" aviabazasından ayrılıb.

Qeyd olunur ki, ABŞ-nin İŞİD-ə qarşı mübarizədə iştirak edən koalisiya hərbi obyektləri İraq təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Xəbərə görə, ABŞ-nin hərbi qüvvələri hazırda İraq Kürdüstanının Ərbil əyalətindəki "Əl-Hərir" aviabazasındadır və mərkəzi hökumətin bura məhdud nəzarəti var.

ABŞ Mərkəzi Komandanlığı CNN-ə İraq Müdafiə Nazirliyinin yaydığı məlumatın doğru olduğunu bildirib, lakin əlavə şərh verməyib.

2021-ci ilin dekabrında İraqdakı döyüş missiyasını başa çatdırsan ABŞ ordusunun təxminən 2 500 hərbçisi bu ölkədə qalaraq, yerli hökumət qüvvələrinə dəstək verirdi. 2023-cü ildən bəri isə İraq hökuməti ABŞ-nin öz kontingentini ölkədən geri çəkməyə çağırışlar edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
127
2
redaktor.az

3Sources