EN

Bakı Limanı region üzrə logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir - MÜSAHİBƏ (FOTO)

Bakı.Trend:

Bakı Beynəlxalq Dəniz Limanı bu gün yalnız Azərbaycanın deyil,bütövlükdə regionun qlobal ticarət zəncirinə inteqrasiyasını təminedən əsas qovşaqlardan birinə çevrilib. Liman infrastrukturimkanları sayəsində Avropa və Asiya arasında yük axınlarınınoptimallaşdırılmasına xidmət edir, dəmir yolları ilə birlikdə OrtaDəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayağı rolunuoynayır. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsiolan “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahovlimanın inkişafı üzrə görülən işlər və planlar barədə Trend-ə müsahibəverib.

- Eldar müəllim, Bakı Beynəlxalq Dəniz Limanının “AzərbaycanDəmir Yolları” QSC-yə inteqrasiyası prosesindən sonra hansı əsasoptimallaşdırma tədbirləri həyata keçirilib? Bu dəyişikliklərlimanın əməliyyat səmərəliliyinə və xidmət keyfiyyətinə necə təsirgöstərib?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25fevral 2025-ci il tarixli Fərmanına əsasən, dəmiryol nəqliyyatısahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini dahasəmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniznəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkməqsədilə Bakı Limanı “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibinəverilib. Bakı Beynəlxalq Dəniz Limanı inteqrasiya zamanı logistikavə nəqliyyat sahəsində strateji optimallaşdırma prosesini dərindənhəyata keçirir. İlk növbədə, liman–dəmir yolu əməliyyatları vahididarəetmə modeli çərçivəsində birləşdirilərək sənədləşmə, gömrük,yükboşaltma-yükləmə və dəmir yoluna ötürmə mərhələləri arasındadaha sıx koordinasiya yaradılır.

Ötən qısa müddət ərzində liman ərazisində istifadəyə verilənVahid Keçid Mərkəzi bu inteqrasiyanın mühüm praktiki nəticəsidir:burada Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, DövlətMiqrasiya Xidməti, “Azərpoçt” və ekspeditor şirkətləri bir məkandafəaliyyət göstərməyə başlayıb. Beləliklə, yüklərin sənədləşməsi vənəqliyyat vasitələrinin keçid prosedurları sadələşdirilib, vaxtitkiləri və logistik tıxaclar azaldılıb.

Bu strukturlaşdırılmış və vahid sistemləşmə liman–dəmir yoluməkanında əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırıb.Göstəricilərə nəzər yetirsək, 2025-ci il ərzində limanda 8,2 milyonton yük aşırılıb ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə8,1% artım deməkdir və müstəqil Azərbaycan tarixində limanda əldəedilən ən yüksək göstəricidir. Xüsusilə ötən il 107 200 TEU-dan çoxkonteyner aşırılıb, bu isə 2024-cü illə müqayisədə 40%artımdır.

Beləliklə, bu inteqrasiya sadəcə struktur dəyişikliyi deyil, həmdə əməliyyat çevikliyinin yüksəldilməsi, müştəri yönümlüxidmətlərin gücləndirilməsi və tranzit-yük axınlarında stratejiüstünlüyün əldə edilməsinə yönəlmiş bir addımdır.

- Qeyd etdiniz ki, 2025-ci ildə Bakı Limanında ilk dəfə olaraqillik konteyner aşırma göstəricisi 100 min TEU-dan çox oldu. Buhəcmdə yükün aşırılması hansı perspektivlər vəd edir?

- İstər beynəlxalq, istərsə də regional logistikada yüklərinkonteynerləşməsi həcmində ciddi artım müşahidə olur. Bunun əsassəbəblərindən biri də odur ki, yükün konteynerlə daşınması dahaoperativ və daha təhlükəsiz hesab edilir. Bildiyiniz kimi, BakıLimanı hələ 2018-ci ildə istifadəyə veriləndə limanın illikyükaşırma gücü 15 milyon ton və 100 min TEU konteyner idi. Ammaötən ilin əvvəlində limanın ADY-yə birləşməsindən sonra icra edilənoperativ layihələrlə limanın illik konteyner aşırma gücü qısazamanda 150 min TEU ekvivalentinə çatdırıldı. Eyni zamanda,operativ tədbirlərlə qısa müddətdə limana əlavə yükaşırmatexnikaları cəlb edilib və müasir logistik həllər tətbiq olunub. Buaddımların və ən əsası, gecə-gündüz sahədə çalışan peşəkarkomandamızın səyi nəticəsində 100 min TEU həddi uğurla aşılıb. Bugöstərici sadəcə statistik rəqəm deyil, arxasında böyük zəhmət,komanda işi dayanan mühüm nailiyyətdir. Əldə edilən nəticə yüksahibləri və aparıcı logistika şirkətləri tərəfindən bizə olanetimadı daha da möhkəmləndirib. Çünki tərəfdaşlarımız həyatakeçirdiyimiz layihələri və əldə etdiyimiz nəticələri daim yaxındanizləyir. İnanıram ki, cari ildə ötən ilin rekord göstəricisini dəgeridə qoyaraq yüksək nəticələrə nail olacağıq.

- Rəqəmsallaşma və vahid platformaların tətbiqi limanınəməliyyat şəffaflığını və müştəri yönümlülüyünü necə gücləndirir?Bu istiqamətdə hansı texnoloji həllər artıq işə salınıb və növbətimərhələdə hansı işlər planlaşdırılır?

- Rəqəmsallaşma Bakı Limanının son dövrdə ən prioritet inkişafistiqamətlərindən biridir və ADY ilə birləşmədən sonra dahasistemli mərhələyə keçib. Bu yanaşma limanın əməliyyat şəffaflığınıxeyli artırır, məlumat axınını birləşdirir və müştəri yönümlüxidmət modelinin formalaşmasına imkan yaradır.

Bu sahədə ilk istiqamət kimi Liman İdarəetmə Məlumat Sistemiüzrə yeni nəsil həllin hazırlanmasıdır. 2020–2023-cü illərdə mövcudsistemin istismarı dövründə ortaya çıxan texniki məhdudiyyətlərsəbəbindən 2025-ci ildən yeni konsepsiya üzərində işə başlanılıb vəhazırda bu istiqamətdə aktiv fəaliyyət həyata keçirilir. Yenisistem limanın gəmi, yük, vaqon, avtomobil və anbar əməliyyatlarınıvahid əməliyyat platformasında birləşdirərək yükaşırma planlaması,növbə idarəetməsi, körpü utilizasiyası və resurs bölgüsünü realvaxtda izləməyə imkan verəcək. Digər sistemlərlə inteqrasiyanəticəsində müştəriləri yükün statusu, sənədlərin gedişatı vəəməliyyat mərhələləri barədə onlayn məlumatlandırmaq imkanıformalaşacaq ki, bu da limanın müştəri yönümlü xidmət modelini dahada gücləndirəcək.

İkinci əsas istiqamət limanın bütün biznes proseslərini vahidsistemdə birləşdirərək avtomatlaşdırmağa imkan verən sistemdir.Mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində hazırdasatınalma, maliyyə, kommersiya, əməliyyat və nəzarət məntəqələriüzrə gündəlik əməliyyatların rəqəmsal mühitdə icrası təmin edilir.Müxtəlif modullar arasında qurulan inteqrasiya zəncirləri məlumatıntəkrar daxil edilməsini minimuma endirir, insan amilindənqaynaqlanan səhvləri azaldır və real vaxt rejimində daha dolğunhesabatlılıq imkanı yaradır.

Üçüncü mühüm istiqamət təhlükəsizlik və müşahidəinfrastrukturunun rəqəmsallaşdırılmasıdır. Layihənin birincimərhələsində liman ərazisində müasir müşahidə və analitikaavadanlıqları quraşdırılıb və sistem istismara verilib. Hazırdatexniki xidmət müqaviləsinin aktivləşdirilməsi və mövcud analitikasistemlərindəki nasazlıqların aradan qaldırılması istiqamətindəişlər aparılır. Növbəti mərhələdə mərkəzləşdirilmiş idarəetməzonası yaradılacaq və bütün müşahidə və təhlükəsizlik sistemlərivahid panel üzərindən idarə olunacaq. Bu, həm əməliyyat risklərinindaha tez aşkarlanmasına, həm də liman ərazisində yük və nəqliyyathərəkətinin daha təhlükəsiz və idarə olunan şəkildə təşkilinəxidmət edəcək.

Ümumilikdə, limanda rəqəmsallaşma və vahid idarəetməplatformalarına keçid əməliyyatların şəffaflığını, nəzarətimkanlarını və proseslərin sürətini artırmaqla yanaşı, müştərilərləiş üzrə daha proqnozlaşdırılan və çevik xidmət mühiti yaradır. Realvaxtda məlumat mübadiləsi, sənədləşmənin elektronlaşdırılması vəidarəetmə proseslərinin mərkəzləşdirilməsi həm limanın əməliyyatyükünü azaldır, həm də xidmət keyfiyyətini yüksəldərək limanınrəqabətqabiliyyətini gücləndirir.

- Bakı Limanı Orta Dəhliz boyunca nəqliyyat-logistikaəlaqələrinin gücləndirilməsində hansı rolu oynayır? Əlaqələndirməimkanlarının artırılması və inteqrasiya olunmuş xidmətlərin təşkiliüçün hansı praktiki addımlar atılır?

- Bakı Beynəlxalq Dəniz Limanı Orta Dəhlizin əsas stratejiqovşağı kimi Şərqlə Qərb arasındakı multimodal daşımalarınfasiləsizliyini təmin edən ən mühüm infrastruktur mərkəzidir.Azərbaycanın coğrafi mövqeyi və dövlət səviyyəsindəformalaşdırılmış nəqliyyat siyasəti limanı təkcə yükaşırma nöqtəsideyil, həm də dəhliz üzrə əməliyyatların koordinasiya olunduğu əsaslogistik platformaya çevirir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqolunmuş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalqnəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına vətranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçünFəaliyyət Planı”nda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasıvə tranzit xidmətlərinin sürətləndirilməsi üzrə görüləcəktədbirlərdə Bakı Limanına xüsusi yer ayrılıb. Bu çərçivədə limandasərhəd keçmə əməliyyatlarının optimallaşdırılması, rəqəmsal mühitingenişləndirilməsi, vahid dispetçer idarəçiliyi və gömrükxidmətlərinin inteqrasiyası üzrə geniş işlər həyata keçirilir.

Liman regionun digər dəniz və logistika mərkəzləri iləəməkdaşlıq çərçivələrini genişləndirərək yük axınlarının daha çevikşəkildə idarə olunmasına imkan yaradır. Bu qarşılıqlı əlaqələrtranzit marşrutlarının sabitliyini, əməliyyat planlamasınınqabaqcadan koordinasiyasını və regional logistika proseslərininritmini qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə yanaşmahəm limanın dayanıqlı fəaliyyətini təmin edir, həm də tranzitdaşımalarının fasiləsiz və proqnozlaşdırıla bilən şəkildə həyatakeçirilməsinə şərait yaradır.

Bakı Limanı Orta Dəhlizin artan tələbatına uyğun olaraqinfrastrukturunu da ardıcıl şəkildə genişləndirir. NazirlərKabinetinin Sərəncamına əsasən, limanın konteyner yükaşırmaqabiliyyətinin 260 min TEU-ya çatdırılması üçün vəsait ayrılıb vəgörüləcək işlər müəyyənləşdirilib. Bu investisiya çərçivəsində yeniyükaşırma avadanlıqları alınır, körpülərin və konteyner sahələrininözüllərinin möhkəmləndirilməsi nəzərdə tutulur, çeşidləməstansiyasının buraxılış qabiliyyətinin artırılması və iri gəmilərintəhlükəsiz qəbulunu təmin edən dibdərinləşdirmə işlərinin görülməsiplanlaşdırılır.

Nəticə etibarilə, Bakı Limanı ölkə üzrə Orta Dəhlizin əməliyyatdayanıqlığını, yükgötürmə imkanlarını və logistika əlaqələrininsürətini müəyyən edən əsas mərkəz kimi çıxış edir.

- Orta Dəhliz üzrə artan beynəlxalq tələbat fonunda BakıLimanına tranzit yük axınlarını daha çox cəlb etmək üçün hansıstrateji tərəfdaşlıqlar və ya investisiya modelləri nəzərdənkeçirilir?

- Orta Dəhliz üzrə yük həcmlərinin sürətlə artması BakıLimanının regional tərəfdaşlarla daha dərin koordinasiyayaratmasını zəruri edir. Hazırda liman həm hökumətlərarası, həm dəoperatorlar səviyyəsində əməkdaşlıq mexanizmlərini genişləndirməyəyönəlmiş addımlar atır. Xüsusilə Trans-Xəzər Beynəlxalq NəqliyyatMarşrutunun əsas ölkələri ilə tarif uyğunlaşdırılması, limanxidmətlərinin optimallaşdırılması və gəmilərin hərəkət ritminintənzimlənməsi üzrə birgə təşəbbüslər ön plana çıxır. Bu əməkdaşlıqXəzər dəniz keçidinin daha proqnozlaşdırılan olmasına və yükaxınlarının Bakı üzərindən yönəldilməsinə imkan verir.

Bakı Limanı dəhliz üzrə yükdaşımaların dayanıqlığını artırmaqüçün ortaq investisiya modellərini də nəzərdən keçirir. BurayaXəzər dəniz keçidinin potensial genişləndirilməsi, terminallarınbirgə istifadəsi, eləcə də region limanları arasında əməliyyatməlumatlarının inteqrasiya olunması kimi istiqamətlər daxildir.

Eyni zamanda, limanın Avropa və Asiya nəqliyyat şəbəkələri iləəlaqələrinin möhkəmləndirilməsi məqsədilə beynəlxalq maliyyəinstitutları və özəl investorlarla yeni əməkdaşlıq formatlarıqiymətləndirilir. Xüsusilə, Bakı Limanının konteyner və Ro-Roəməliyyatlarında artan tələbi qarşılamaq üçün infrastrukturinvestisiyaları, rəqəmsallaşma layihələri və əməliyyat gücününartırılmasına yönəlmiş tərəfdaşlıqlar strateji prioritet hesabedilir.

Ümumilikdə, bu təşəbbüslər Bakı Limanının Orta Dəhlizdə dahayüksək rəqabət mövqeyi qazanmasına, tranzit yüklərin Bakı üzərindənkeçidinin daha sərfəli və etibarlı olmasına, həmçinin dəhlizinuzunmüddətli investisiya cəlbediciliyinin artmasına xidmətedir.

- Yükdaşıma həcmlərinin artması limanın fəaliyyətində hansı yenitələbləri və çətinlikləri önə çıxarır? Bu artımı qarşılamaq üçüninfrastrukturun və logistika xidmətlərinin genişləndirilməsiistiqamətində hansı prioritet layihələr həyata keçirilir?

- Orta Dəhliz üzrə yükdaşımaların dinamik artımı Bakı Limanınınəməliyyat sistemində yeni tələblər və çağırışlar formalaşdırıb.Artan tranzit həcmləri ilk növbədə daha böyük konteyner axınlarınınqarşılanması, körpülərin utilizasiya səviyyəsinin idarə olunması,nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması vəterminalların buraxılış qabiliyyətinin artırılması kimi məsələləriön plana çıxarır. Xüsusilə pik dövrlərdə sıxlığın yaranması vəmövcud texniki avadanlığın yükaşırma tempinə tam cavab verməməsikimi problemlər optimallaşdırma tələb edir.

Hazırda Bakı Limanında bir neçə əsas istiqamət üzrə sürətliformada fəaliyyət icra edilir: 1) konteyner aşırma avadanlıqlarınınyenilənməsi və artırılması hesabına yükaşırma-sürət göstəriciləriyüksəlir; 2) körpülərin və konteyner sahələrinin özüllərininmöhkəmləndirilməsi layihəsi üzərində iş aparılır ki, bu da yüklərintəhlükəsiz saxlanması və daha iritonnajlı yüklərin qəbuluna imkanyaradacaq; 3) çeşidləmə stansiyasının buraxılış qabiliyyətininartırılması layihəsi üçün hazırlıq işləri görülür ki, bununla dəmiryolu–avtomobil interfeysinin səmərəliliyi yüksələcək, sıxlıq vəgecikmələr azalacaq; 4) dibdərinləşdirmə işlərinin görülməsinəzərdə tutulur ki, bu da daha çox yüklə gələn gəmilərin təhlükəsizqəbuluna imkan verəcək və gəmi dövriyyəsinin sürətiniartıracaq.

Bununla yanaşı, hazırda limanın inkişaf istiqamətlərindən biridə 2-ci mərhələ üzrə genişmiqyaslı konsepsiyadır. Bu mərhələ yeniterminalların tikintisi, multimodal logistik infrastrukturungenişləndirilməsi və yeni xidmət xətlərinin yaradılmasını özündəehtiva edir və gələcək illərdə artan yüklər üçün uzunmüddətlidayanıqlı platforma formalaşdıracaq.

Həyata keçirilən infrastruktur və logistika layihələri limanınartan yük axınlarına cavab verməsini, əməliyyat çevikliyiningücləndirilməsini və Bakı Limanının Orta Dəhliz üzrə aparıcıtranzit qovşağı kimi mövqeyinin möhkəmlənməsini təmin edir.

- Bakı Limanının yaxın illərdə region ölkələrinin limanları iləəməkdaşlığını gücləndirmək istiqamətində hansı yeni təşəbbüslərgözlənilir? Bu kontekstdə limanın beynəlxalq nəqliyyatdəhlizlərində rəqabətqabiliyyətini artırmaq üçün hansı stratejiaddımlar planlaşdırılır?

- Yaxın dövrdə əsas təşəbbüslər bir neçə istiqamətdə cəmləşir.İlk olaraq, limanlar arasında əməliyyat standartlarının, xidmətqaydalarının və texnoloji yanaşmaların uyğunlaşdırılması nəzərdətutulur. Bu, regionda bərabərhüquqlu əməkdaşlığı, yük keçidindəçevikliyi və tranzit marşrutlarının vahid ritmlə işləməsini təminedəcək. İkinci olaraq, yük axınları, gəmi qrafikləri, hava şəraitivə körpü utilizasiyası ilə bağlı məlumat mübadiləsinin elektronəsasda aparılması planlaşdırılır. Bu addım tranzit üçün tələbolunan koordinasiyanı gücləndirəcək və gözləmə müddətləriniminimuma endirəcək.

Bununla yanaşı, limanlararası çoxtərəfli əməkdaşlıqplatformalarının yaradılması da perspektiv təşəbbüslərsırasındadır. Bu mexanizmlər vasitəsilə ölkələr arasında qərarverməproseslərinin daha uyğun şəkildə aparılması və ümumi tarifyanaşmalarının müəyyən hissəsinin uyğunlaşdırılması mümkün olacaq.Bu, iştirakçı ölkələr üçün vahid logistika paketlərininformalaşmasına şərait yaradacaq və marşrutun cəlbediciliyiniartıracaq.

Rəqabət qabiliyyətinin artırılması baxımından limanın növbətistrateji addımları isə daha genişdir. İnfrastruktur imkanlarınıngenişləndirilməsi, körpülərin modernləşdirilməsi və konteynergücünün artırılması limanın tranzit imkanlarını yüksəldəcək əsashədəflərdəndir. Eyni zamanda, rəqəmsallaşdırmaya əsaslananəməliyyat modeli, o cümlədən real vaxt rejimində məlumatmübadiləsi, elektron sənədləşmə və vahid idarəetmə sistemlərilimanın xidmət keyfiyyətini artıraraq region üzrə logistika mərkəzikimi mövqeyini möhkəmləndirəcək. Ümumilikdə, Bakı Limanınınregional əməkdaşlıq üzrə atacağı addımlar həm əməliyyatuyğunluğunu, həm standartlaşmanı, həm də strateji tərəfdaşlıqçərçivəsini gücləndirməyə yönələcək və bu yanaşma limanınbeynəlxalq dəhlizlərdə rəqabət üstünlüyünü artırmaqla Azərbaycanıntranzit ölkə kimi rolunu daha da möhkəmləndirəcək.

Chosen
141
az.trend.az

1Sources