EN

Qrenlandiya diplomatiyası: Avropa nəhəngləri bir arada

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen NATO, İngiltərə, Almaniya, Fransa və İtaliya liderləri ilə Qrenlandiya məsələsini müzakirə edib. 

O, "Avropa həmrəyliyimizə yönəlmiş bu çətinliklərlə mətanət və qətiyyətlə üzləşəcəyik",-deyib.

"Cebheinfo.az" xəbər verir ki, Fon der Lyayen ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya dəstək verən 8 Avropa ölkəsinə gömrük vergisi tətbiq ediləcəyi barədə açıqlamasından sonra "X" sosial media platformasındakı hesabından bəyanat yayıb. 

O, NATO Baş katibi Mark Rutte, İngiltərə Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və İtaliya Baş naziri Corcia Meloni ilə ayrı-ayrılıqda telefon danışığı apardığını bildirib.

Liderlərlə birlikdə Qrenlandiya və Danimarkanın suverenliyini qorumaq öhdəliklərinə sadiq olduqlarını qeyd edən fon der Lyayen strateji iqtisadi və təhlükəsizlik maraqlarını hər zaman müdafiə edəcəklərini vurğulayıb: 

"Avropa həmrəyliyimizə yönəlmiş bu çətinliklərlə mətanət və qətiyyətlə üzləşəcəyik".

Nigar Hacılı 

"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
160
43
cebheinfo.az

10Sources