EN

Dörd məhbus yeniyetmə peşə kurslarına cəlb edilib

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"2025-ci il ərzində ümumilikdə cəzaçəkmədən azad edilmiş 480 nəfər qiymətləndirmə prosesinə cəlb edilib. Onlardan 73-ü ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxan şəxslərdir".

Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov "2025-ci ilin yekunları və qarşıda duran hədəflər"ə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, azad edilmiş şəxslərdən 3 nəfər müvəqqəti olaraq Sosial Adaptasiya Mərkəzinə yerləşdirilib:

"Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə 25 nəfərlə sosial-psixoloji adaptasiya işi aparılıb. Dörd yeniyetmə peşə sahibi olmaları məqsədilə agentliyin müvafiq müəssisəsində kurslara cəlb edilib. Onlardan 3-ü kursu müvəffəqiyyətlə yekunlaşdıraraq sertifikatlarla təmin edilib. Bir yeniyetmənin peşə kursu davam edir".

Sədr vurğulayıb ki, Sosial Xidmətlər Agentliyi və Penitensiar Xidmətin birgə əməkdaşlığı çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində sosial-psixoloji kabinet fəaliyyət göstərir:

"Gələcəkdə bu kimi sosial-psixoloji kabinetlərin sayını artıraraq digər müəssisələri də əhatə etməyi düşünürük.

4 saylı cəzaçəkmə müəssisəsində isə 3 yaşınadək uşağı olan məhkum qadınlarla, eləcə də 1 nəfər Şri-Lanka vətəndaşı olan miqrant məhkumla sosial-psixoloji adaptasiya işi aparılıb".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
101
oxu.az

1Sources