EN

Sadio Mane Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu seçildi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Seneqal milli komandasının 33 yaşlı hücumçusu Sadio Mane Mərakeşdə keçirilən Afrika Millətlər Kubokunun ən yaxşı futbolçusu adına layiq görülüb.

Vətəninfo.az xəbər verir ki, Rabat şəhərində baş tutan final görüşündə Seneqal yığması əlavə vaxtda 1:0 hesabı ilə Mərakeş millisini məğlub edərək turnirin qalibi olub. Bununla da seneqallılar Afrika Millətlər Kubokunu ikinci dəfə qazanıblar.

Turnir ərzində Sadio Mane 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Afrika Millətlər Kubokunun ən yaxşı qapıçısı adına isə Mərakeş milli komandasının qapıçısı Yasin Bunu layiq görülüb.

Chosen
52
veteninfo.az

1Sources