Bakı. Trend:
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasınaüzvlüyünə yeni namizədlər məlum olub.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsininbugünkü iclasında müzakirə olunub.
Bildirilib ki, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsindəaşağıdakı şəxslər İctimai Televiziya və Radio Yayımları ŞirkətiYayım Şurasına namizəd kimi seçiliblər:
İdman federasiyaları tərəfindən:
- Rəsullu Rəşad Fərhad oğlu - Azərbaycan CüdoFederasiyasının İcraçı vitse-prezidenti;
- Qədimova İlahə Akif qızı - Şahmat üzrəqadınlar yığma komandasının kapitanı.
Dini konfessiyalar tərəfindən:
- Musayev Salman Musa oğlu - Qafqaz Müsəlmanlarıİdarəsi sədrinin birinci müavini;
- Həsənov Simran Seyfəddin oğlu - QafqazMüsəlmanları İdarəsinin Aparat rəhbəri.
Yaradıcılıq təşkilatları tərəfindən:
- Babayeva Həcərxanım Teymur qızı - Bəstəkarlarİttifaqının İdarə heyətinin üzvü;
- Babayeva Aytən Rauf qızı - Azərbaycan MilliKonservatoriyasının dosenti.
Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları ŞirkətiYayım Şurasına üzvlər idman federasiyaları, dini konfessiyalar vəyaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlərarasından hər təşkilatdan bir nəfər olmaqla 6 il müddətinə təsdiqediləcək.