EN

Kəlbəcər rayonunun elektrik təsərrüfatı yenidən qurulur

Kəlbəcər rayonunun elektrik təsərrüfatı yenidən qurulur. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.

“Azərişıq” ASC-nin məlumatına görə, Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, transformator məntəqələri quraşdırılıb.

Həmçinin Zallar, Yanşaq, Keşdək, Zar, Qamışlı və Çaykənd kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb. İstisu qəsəbəsində inşa olunan 110/35 kV-luq “İstisu” yarımstansiyasının 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutub. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

Chosen
73
5
vergiler.az

10Sources