EN

Şaraa Dəməşqdə Mazlum Abdi ilə görüşəcək

ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı Mazlum Abdi bu gün Dəməşqdə Suriya keçid hökumətinin Prezidenti Əhməd Əl-Şaraa ilə "Atəşkəs və tam inteqrasiya müqaviləsi"ni müzakirə edəcəklərini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Abdi Ərbil mərkəzli "Rudaw" televiziyasına verdiyi açıqlamada Deyrizor və Rakka vilayətlərindən çəkilməyə razı olduqlarını qeyd edib.

Bu gün Dəməşqd Əl-Şaraa ilə görüşəcəklərini vurğulayan Məzlum Abdi, geri döndükdən sonra ətraflı açıqlama verəcəyini ifadə edib.

Müqavilə SDQ-nin Fərat çayının şərqindəki Rakka və Deyrizor vilayətlərindən tamamilə çəkilməsi, Hesekədəki dövlət qurumlarının mərkəzi hakimiyyətə təhvil verilməsi, bütün sərhəd-keçid məntəqələri və enerji mənbələrinin Şam rəhbərliyinin nəzarətinə keçməsi kimi bəndləri ehtiva edir.

Chosen
130
1
cebheinfo.az

2Sources