Bakı.Trend:
İlkin məlumatlara görə 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkəüzrə 6757,8 min baş qoyun və keçi, 2435,5 min baş iribuynuzlumal-qara, o cümlədən 1207,1 min baş inək və camış mövcud olub.
Trend-inməlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı2025-ci ilin yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosialinkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, iribuynuzlu mal-qaranın 49,6 faizini inək vəcamışlar təşkil edir.
2025-ci ildə quşçuluq müəssisələrində diri çəkidə 85,1 min tonquş əti istehsal olunmuşdur. Ümumilikdə bu müəssisələr üzrə cəmiquşların sayı 12580,2 min baş olub