EN

STRESS-TEST başladı – Rusiya təlaşda, köpəkləri TƏTİKDƏ

Ermənistanda kritik parlament seçkiləri yaxınlaşdıqca Rusiya və ona bağlı radikal-revanşist qüvvələrin həyəcan-təlaşı artır. “Dəmir yumruq”dan sonra əhəmiyyətli dərəcədə ağıllanan erməni cəmiyyətinin “saqqızını” təzədən oğurlamaq üçün Moskva və onun qonşu ölkədəki əlaltıları özlərinin ideoloji və maddi resurslarını, o cümlədən “5-ci kolonu” daha fəal şəkildə səfərbər eləməyə girişiblər.

Əsas hədəf bəlli: Baş nazir Nikol Paşinyanın sədri olduğu hakim partiyanın qələbəsinə heç cür imkan verməmək...
Rusiyalı politoloq Sergey Markedonovun fikrincə, kapitulyant ölkədə qarşıdan gələn parlament seçkiləri Paşinyanın formalaşdırdığı sistem üçün bir növ stress-test olacaq. Onun zənnincə, 2026-cı il seçkiləri Ermənistandan ötrü sırf daxili siyasi hadisə kimi xarakterizə edilə bilməz.
Markedonav hesab edir ki, əgər əvvəllər postsovet ölkələrindəki seçki kampaniyaları Rusiyanın və Qərbin təsir uğrunda rəqabəti kimi qəbul edilirdisə, indi digər maraqlı amillər də görünməkdədir. Bu kontekstdə o, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Paşinyanın yüksək reytinqi ilə bağlı ona ünvanlanan açıq jestlərini xatırladıb.
Yada salaq ki, ötən həftə bu məqama diqqət çəkən Fidan Nikol Paşinyan hökumətinin qonşularla barışığa yönəlik sülh gündəliyinə Ankaranın permanent dəstəyini vəd eləmişdi. Bu da radikal-revanşist çevrələrdə dərhal Baş nazirə qarşı şantaj və qara yaxma mövzusuna çevrildi. Seçki öncəsi əks-təbliğat gedişi kimi Paşinyanı hətta “Türkiyə agenti” kimi damğalamağa cəhdlər olundu...
Sergei Markedonov
Markedonova görə, rəsmi Ankara bu yolla öz siyasi ambisiyalarını aydın şəkildə nümayiş etdirib. O, Bakının da məsələdə eyni mövqedə və Türkiyə ilə “yüz faiz həmrəy olduğunu” vurğulayıb.
Niyə də olmasın? Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın xarici oyunçuların əlində bir daha qonşular üçün təhlükə və bölgədə müharibə mənbəyi olmasını istəmir. Təəssüf ki, buna ən böyük əngəl məhz Rusiya olaraq qalır – bölgədə xalqların barışığında maraqlı olmayan Rusiya.
Çünki bu, Moskvanın imperialist hədəfləri ilə daban-dabana ziddiyyət təşkil edir. Kremlin sadiq təbliğat köpəkləri olan Vladimir Solovyov və Aleksandr Duqinin postsovet ölkələrinə, özəlliklə Ermənistana və onun rəhbərliyinə ünvanlı son təxribatçı açıqlamaları buna zərrəcə şəkk-şübhə saxlamır.
Demək ki, söhbət yaxınlaşan parlament seçkilərində təkcə Paşinyan iqtidarı üçün yox, ümumən Ermənistan və erməni cəmiyyəti üçün “stress-test”dən gedir. Odur ki, erməni toplumu bu yeganə tarixi və son dərəcə taleyüklü fürsəti qaçırmamalı, Paşinyan partiyasını təzədən qalib eləməlidir...
“Qarşıdakı seçkilərdə vətəndaşlara, sadəcə, Nikol Paşinyan adlı bir şəxsi yox, tarixi ənənələrlə və keçmişin simvolları ilə radikal şəkildə üzülüşən, xarici arenada və daxili müstəvidə yeni koordinatlar sistemi təklif edən ‘Real Ermənistan” layihəsini dəstəkləmək təklif olunur” – Markedonov yazıb.
Bunun “qarnının ağrısına” bax. Haylar keçmişin onlara fəlakət gətirmiş sərsəm və qondarma simvollarından, o sırada “miatsum” və saxta “genosid” nağıllarından niyə də üzülüşməsinlər? Ona görə ki, bu, Rusiyanın Qafqazla bağlı “Parçala, hökm sür!” planlarına uyğun deyil? O səbəbə ki, o halda süni yaradılmış Türk xofu aradan qalxacaq? Hansı mifləri ki, əlbəttə ki, elə Rusiyanın özü uydurub – ermənilərdən həmişə Qafqazı qarışdırmaq və total nəzarətdə saxlamaq üçün yararlanmaq naminə.
Yerdə nə qaldı? O ki, erməni xalqı həm xaricdəki Markedonov çaplı xarici avantüristlərə və onların zəhərli təbliğatına, həm də daxildəki radikal-revanşist dairələrin axmaq vədlərinə uymadan YEGANƏ doğru seçimini eləməlidir. Legitim hakimiyyəti qorumağı bacarmalıdır. Zira, bu - “olmazsa olmaz” seçimidir.
Haylar bacaracaqmı? Bir neçə aydan sonra görəcəyik...
Chosen
65
yenilik.az

1Sources