EN

Trampın Qrenlandiya planı Konqresi bir-birinə VURDU – Respublikaçılar impiçmentdən DANIŞIR

Trampın Qrenlandiya siyasəti impiçmentlə bitə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Konqresində Prezident Donald Trampın Qrenlandiya ilə bağlı siyasətindən narazılıq pik həddə çatıb.

Maraqlısı odur ki, bu narazılıq təkcə demokratlar arasında deyil, həm də Respublikaçılar Partiyasının daxilində müşahidə olunur.

Gərginliyə səbəb prezidentin milli təhlükəsizlik mülahizələri ilə adanın ABŞ-yə “birləşdirilməsi” ehtimalı barədə ritorikası olub. Respublikaçıların bir qismi bu siyasi xətti təhlükəli və müttəfiqlər üçün alçaldıcı hesab edir.

Respublikaçı konqresmen Don Bekon Trampın bəyanatlarını sərt tənqid edərək, bunu “indiyə qədər eşitdiyi ən axmaq şey” adlandırıb. O xəbərdarlıq edib ki, müttəfiqlərə təzyiqin davam etdirilməsi impiçment proseduru ilə nəticələnə bilər.

Digər qanunvericilər qeyd edirlər ki, ABŞ-nin Arktikada hərbi mövcudluğunun artırılmasını təhdidlərə əl atmadan, tərəfdaşlarla sakit şəkildə müzakirə etmək mümkün idi.

Hazırda Konqresdə mümkün hərbi həllin qarşısını almaq üçün qanunvericilik addımları müzakirə olunur. Senator Tom Tillis bildirib ki, Qrenlandiyaya qarşı hər hansı güc tətbiqini qadağan edəcək hərbi səlahiyyətlər haqqında qətnamənin qəbulu üçün ikipartiyalı çoxluq (həm respublikaçılar, həm demokratlar) formalaşa bilər.

Onun həmkarı Liza Merkovski isə qeyd edib ki, Qrenlandiya ətrafındakı gərginlik transatlantik münasibətlərə mənfi təsir etməyə başladığı üçün Konqres NATO və Aİ üzrə müttəfiqləri sakitləşdirməyə çalışır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
23
interpress.az

1Sources