EN

Tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici tədbirlər keçirilib

Müxtəlif bölgələrdə yerləşən tibb müəssisələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən tibbi tullantıların düzgün idarə olunması ilə bağlı görüşlər keçirilib.

İsmayıllı Sağlamlıq Mərkəzi, Tovuz rayonu, Əlimərdanlı həkim məntəqəsi və Sumqayıt şəhəri, Stomatoloji poliklinikasında “Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda keçirilən görüşlər zamanı iştirakçılara tibbi tullantıların növləri, onların düzgün idarə olunması, çeşidlənmə və zərərsizləşdirilmə üsulları, eyni zamanda, tibbi tullantıların yaratdığı ekoloji və sanitar risklər haqqında məlumat verilib. 

Tədbirlərin əsas məqsədi tibbi tullantıların saxlanılması, daşınması və zərərsizləşdirilməsi üsulları ilə bağlı mövcud qaydaları, eləcə də tullantıların düzgün idarə olunmasının insan sağlamlığı və ətraf mühit üçün vacib olduğunu diqqətə çatdırmaqdır.

Chosen
97
ekologiya.az

1Sources