EN

Bir zənglə bütün hesablarınız ələ keçirilir — Azərbaycanda da yayılan yeni fırıldaqçılıq metodu - FOTO

"Ölkə.az" xəbər verir ki, son günlər Azərbaycanda yeni və təhlükəli dələduzluq üsulu yayılıb. Sosial şəbəkə istifadəçiləri bu metodla öz hesablarını bilmədən fırıldaqçılara təhvil verirlər.

Belə ki, naməlum şəxs sizə yazaraq guya xaricdən yeni nömrə aldığını, lakin öz nömrəsini xatırlamadığını bildirir. O, sizdən xahiş edir ki, ona zəng etməyə icazə verəsiniz və sonra zəng edən nömrəni ona deyəsiniz.

Bu, ilk baxışda sadə və təhlükəsiz görünür. Siz də öz nömrənizi göndərirsiniz və həmin şəxsin sizə zəng etməsini gözləyirsiniz.

Lakin əslində həmin zəng sosial şəbəkə hesablarınız üçün göndərilən parol bərpa kodudur.

Dələduzlar sizin nömrənizi istifadə edərək sosial şəbəkə hesablarınızda “şifrəni unutdum” funksiyasını işə salırlar. Sistem isə təsdiq kodunu avtomatik zəng vasitəsilə oxuyur. Sizə gələn zəng əslində həmin təhlükəsizlik kodudur.

Yeni tətbiq edilən funksiya ilə isə istifadəçidən zəng edən nömrənin son rəqəmini əlavə etməsi tələb olunur. Siz də bu rəqəmi dələduza dedikdə, o, artıq hesabınıza tam giriş əldə etmiş olur.

Bu üsulla:

  • Whats*App

  • Insta*gram

  • Face*book

  • Tele*gram

hesabları saniyələr içində ələ keçirilir.

Mütəxəssislər vətəndaşlara xəbərdarlıq edirlər ki:

  • Heç vaxt tanımadığınız şəxslərə nömrənizi verməyin

  • Sizə gələn təsdiq zənglərini və kodları paylaşmayın

  • Sosial şəbəkələrdə iki mərhələli qorumanı aktiv edin

Unutmayın: Bir zəng bütün hesablarınızı itirməyinizə səbəb ola bilər.

Chosen
103
1
olke.az

2Sources