EN

Azərbaycanda qazi virusdan həyatını itirdi – FOTO

Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Vətən müharibəsinin qazisi Əsgər Qüdrət oğlu Hüseynov vəfat edib.

NOCOMMENT.az-ın məlumatına görə, Əsgər Hüseynovun ölümünə səbəb virus infeksiyası olub.

Məlumatda bildirilib ki, dünən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən qazi yanvarın 19-da səhər saat 10:00-da həyatını itirib.

Mərhum bu gün saat 15:00-da Yeni Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq.(Oxu.Az)

 

Chosen
96
12
nocomment.az

10Sources