EN

Azərbaycan yük təyyarələri Ermənistan səmasında... FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın yük aviaşirkəti “Silk Way”in təyyarələri Ermənistan hava məkanından uçuşlara başlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Nəşr iddia edib ki, bu yaxınlarda “Flightradar24” xidməti Ermənistan hava məkanı üzərindən belə bir uçuş qeydə alıb. Təyyarə Naxçıvandan Bakıya uçub.

Bundan öncə yük təyyarələri Azərbaycan paytaxtından Gürcüstan və Türkiyə vasitəsilə Naxçıvana uçurdu.

“Armaeronavigation” Ermənistan ərazisi üzərindən uçuşu təsdiqləyib. Bildirilib ki, bu, ilk uçuş deyil: oxşar uçuşlar 2025-ci ildə çətin hava şəraiti səbəbindən baş verib.

Oxunub 150

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
111
3
avtosfer.az

6Sources