EN

Bakı təmsilçisi "Qarabağ"la da qarşılaşacaq, 2-ci Liqanın lideri ilə də

Qış hazırlığı çərçivəsində "Sabah"ın əvəzedici komandasına qalib gələn, ardından "Qəbələ"yə uduzan 1-ci Liqa təmsilçisi "Baku Sportinq" daha 3 yoxlama oyununa çıxacaq.

Bu barədə Fanat.Az-a sözügedən komandanın məşqçisi Röyal Nəcəfov məlumat verib:

"Yanvarın 21-də "Xankəndi", 23-də "Qarabağ"ın əvəzedici komandası ilə qarşılaşacağıq. Sonuncu sınaq matçımız isə ayın 29-da baş tutacaq. Həmin tarixdə İkinci Liqanın lideri "Qaradağ Lökbatan"la üz-üzə gəlməyi planlaşdırmışıq".

Qeyd edək ki, hazırda 25 xalı olan "Baku Sportinq" 1-ci Liqanın turnir cədvəlində 25 xalla 2-ci pillədə mövqe tutub.

Nihat

Chosen
104
1
fanat.az

2Sources