
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (WEF) ABŞ rəsmiləri ilə görüşməyi planlaşdırır.
Missiya.Az Reuters-ə istinadən xəbər verir ki, Dmitriyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun 56-cı sessiyası 19–23 yanvar tarixlərində keçiriləcək. Tədbirdə ABŞ Prezidenti Donald Trampın da iştirakı gözlənilir.
Seyranə QuliyevaMissiya.Az