EN

Ceyhun Salmanov rəhbərlik etdiyi reabilitasiya mərkəzinə açılan cinayət işindən danışdı

Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı məsələyə görə gündəmə gələn "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov Mərkəzə qarşı cinayət işi başlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

C.Salmanov Pravda.az-a açıqlamasında deyib ki, Baş Prokurorluq reabilitasiyalar barədə ümumi araşdırma aparır.

 

“Həmçinin "Qurtuluş" Reabilitasiya Mərkəzi də onların içindədir. Bu araşdırma çoxdan var, yəni Nəsimi Nəbizadə ilə bağlı məsələyə görə deyil, bu, Nəsimi Nəbizadə mərkəzimizdə olmazdan əvvəl gedən prosesdir”, - C.Salmanov bildirib.

 

Qeyd:  "Qurtuluş" Reabilitasiya Mərkəzinə cinayət işi açılması ilə bağlı xəbəri "Oxu.az" yayıb.

 

Aytəkin Qardaşova

Tarix: 19 Yanvar 2026, 15:46   
Chosen
107
pravda.az

1Sources