EN

Diplomsuz işləməyi başa gəldi: Tanınmış psixoloq HƏBS EDİLDİ-VİDEO

Türkiyədə aparıcı və klinik psixoloq kimi fəaliyyət göstərən Esra Ezmecinin diplomunun saxta olduğu üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki,  aparılan yoxlamalar zamanı onun bu sahə üzrə ali təhsilinin olmadığı aşkarlanıb.

Bunun əsasında hüquq-mühafizə orqanlarına müraciət edilib.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində Esra Ezmecinin izahatı alınıb. O, klinik psixologiya üzrə dərslər keçdiyini və bu istiqamətdə magistratura təhsili aldığını bildirsə də, araşdırma nəticəsində onun psixologiya üzrə bakalavr, tətbiqi psixologiya ixtisası üzrə isə magistr təhsili aldığı müəyyən olunub.

Türkiyə qanunvericiliyə görə, tətbiqi psixologiya üzrə magistr dərəcəsi olan şəxslərin birbaşa klinik psixoloq adından istifadə etməsinə icazə verilmir.

İstintaq yekunlaşdıqdan sonra prokurorluq tərəfindən ittiham aktı hazırlanıb və E.Ezmecinin səlahiyyəti olmadığı halda fərqli vəzifə adından istifadə etməklə qanun pozuntusuna yol verdiyi bildirilib. Onun barəsində cinayət işi açılıb.

İstintaq bitdikdən sonra iş İstanbul Birinci İnstansiya - Cinayət Məhkəməsinə göndərilib. Esra Ezmeci və vəkili məhkəmə prosesində iştirak edib. Müdafiə tərəfinin çıxışından sonra məhkəmə qərarını elan edərək E.Ezmecini 10 ay müddətinə azadlıqdan məhrum edib. O, qərardan apellasiyaya şikayət verib.

Eyni zamanda, məhkəmə hökmün icrasının təxirə salınması barədə qərar çıxarıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
172
5
yenisabah.az

7Sources