EN

Muğam ustadlarını TƏHQİR edən yazara SƏRT cavab verildi

Yazar Şərif Ağayarın kişi ifaçılar və xanəndələrlə bağlı təhqiramiz fikirlər bildirməsi, muğam ifaçılığını “ruslara tabe olan nakişilik ahəngi” adlandırması müzakirələrə səbəb olub. Bu fikirlərinə görə tənqid edilən Şərif Ağayara tanınmışların, ictimai xadimlərin cavabı gecikməyib.


Tribuna.az xəbər verir ki, keçmiş deputat, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, Ş.Ağayarın belə eybəcər və əxlaqsızcasına xalqın mənəviyyatına təcavüz etməsinə haqqı yoxdu. Onun sözlərinə görə, bu cür fikirlər səsləndirmək şəxslərin sıradan biri olmadığını təsdiq etmək və məhşurlaşmaq üçün etdiyi cəhddir:
““Tanınmış yazıçı muğamı təhqir etdi”- başlıqlı yazı elektron mediada və sosial şəbəkələrdə geniş yayılıb. Məlum olur ki, yazıçı kimi təqdim edilən Şərif Ağayar adlı birisi muğam və bəzi muğam ifaçıları barədə nəinki təhqiramiz, hətta iyrənc ifadələr işlədib. Əlbəttə bir sənət kimi muğamı və ifaçıları bəyənib-bəyənməmək zövq məsələsidir. Bununla mübahisə etmək olmaz. Lakin hər hansı bir məsələyə, o cümlədən muğama və ifaçılara münasibət bildirmək cəmiyyətdə qəbul olunan ictimai əxlaq, mənəviyyat və tərbiyə çərçivəsində olmalıdır.
Müğam Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biridir. Belə bir dəyəri “başdan-ağaya ruslara tabe olan nakişilik ahəngidir” adlandırmaq, bəzi muğam ifaçıları barədə küçə jarqonu ilə səsləşən ifadələr (oğraş bir ahəng axtarır, qarabağlı tülkü, oxuyanda elə bil zorlayırlar, danabaş bir ağdamlı, xalaşka səsi ilə dünyaya meydan oxuyur) işlətmək yazıçılıdan, şairliyindən, tənqidçiliyindən asılı olmayaraq özünə hörmət edən heç şəxsə başucalığı gətirmir və həmin şəxsin mənəvi deqeradasiyasının təzahürüdür”.
Q.Əlibəyli bildirib ki, adı çəkilən şəxsin (Şərif Ağayarın) müğam və onun bəzi ifaçıları haqqında səsləndirdiyi ifadələri bir qədər dəyişib onun özünə də qaytarmaq olardı:
“Bəlkə də Şərif Ağayar maraqlı şer və nəsr əsərləri yazıb (heç bir əsərini oxumadığım üçün bu barədə bir söz deyə bilmərəm). Lakin bu, həmin şəxsin belə eybəcər və əxlaqsızcasına xalqın mənəviyyatına təcavüz etməsinə haqq vermir.
Əlbəttə adı çəkilən şəxsin müğam və onun bəzi ifaçıları haqqında səsləndirdiyi ifadələri bir qədər dəyişib onun özünə də qaytarmaq olardı. Lakin bunu ailə tərbiyəmə, əxlaqıma və milli mənəviyyata uyğun hesab etmirəm.
P.S. (Sözardı). Ümimiyyətlə son dövrlər milli-mənəvi dəyərlərimizi aşağılamaq cəhdləri xeyli çoxalıb. Müşahidəmə görə, belə cəhdlər daha çox gənclər və ortayaşlılar tərəfindən edilir. Görünür bu, fərqlənmək, sıradan biri olmadığı təsdiq etmək və məhşurlaşmaq üçün bir vasitə hesab edilir. Bir müddət keçəcək, belə cəhdləri edən şəxslər unudulacaq, onlarla heç kim maraqlanmayacaq, milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz əsrlərin sınağından çıxıb və Azərbaycan xalqı durduqca yaşayacaq. Məhşur bir atalar sözü var: Yel qayadan nə aparar?”.
Chosen
25
2
yenilik.az

3Sources