EN

Hədəf Şirkətlər Qrupunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Yanvarın 19-da Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, Hədəf kurslarının həmtəsisçisi Vüqar Tarquliyev, qurumun idarə heyətinin üzvləri və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət çərçivəsində "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub, Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları ehtiramla ziyarət edilib. Qəhrəmanlarımızın əziz xatirəsi dərin hörmətlə anılıb, ruhlarına dualar oxunub.
20 Yanvar Azərbaycan tarixinin həm faciəli, həm də qəhrəmanlıq salnaməsidir. Xalqımız Vətən uğrunda şəhid olmuş bütün övladlarının xatirəsini daim uca tutur, onları qəlbində yaşadır.  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdi, dövlət suverenliyimizi tam bərpa etdi. Bu gün Azərbaycanın üçrəngli Bayrağı bütün ərazilərimizdə qürurla dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış Proqramı uğurla icra olunur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığının bariz sübutudur. Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhları şaddır.
Qeyd edək ki, Hədəf liseyləri və kurslarında 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilib, ilk dərslər "20 Yanvar - Ümumxalq Hüzn Günü"nə həsr olunub.


Hədəf Media

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
123
olaylar.az

1Sources