EN

Putinə Qəzza ilə bağlı TƏKLİF GÖNDƏRİLDİ

Rusiya Prezidenti Vladimir Putinə Qəzza üzrə yaradılması nəzərdə tutulan “Sülh Şurası”na daxil olmaq məqsədilə dəvət göndərilib və hazırda bu təklif araşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, dəvət diplomatik kanallar vasitəsilə daxil olub.

“Doğrudur, prezident Putin də bu Sülh Şurasının tərkibinə daxil olmaq üçün diplomatik kanallarla təklif alıb. Hazırda biz bu təklifin bütün detalları üzərində işləyirik”, – deyə Peskov bildirib.

O, həmçinin əlavə edib ki, məsələ ilə bağlı bütün məqamların dəqiqləşdirilməsi məqsədilə ABŞ tərəfi ilə təmaslara ümid edilir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
130
1
konkret.az

2Sources