EN

İranlı diplomat niyə  İsveçrədən sığınacaq istəyib? – DETALLAR

Vətəninfo.az xəbər verir ki, İranda davam edən etirazlar fonunda Cenevrədə fəaliyyət göstərən yüksək vəzifəli iranlı diplomat istefa verərək İsveçrədən siyasi sığınacaq üçün müraciət edib.

“Diplomatik mənbələrə” istinadən “Iran International” xəbər verir ki, Əlirza Ceyrani Hoqmabad Cenevrədə BMT-nin Avropa Qərargahındakı İranın baş diplomatı və bir sıra beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyin müavini olub.

Mənbələr bildirir ki, diplomat ailəsi ilə birlikdə İsveçrə hakimiyyət orqanlarına müraciət edib. O, vətəninə qayıtdığı halda təhlükəsizliyindən narahat olduğunu, eləcə də İranın inqilabi vəziyyəti və İslam Respublikasının qeyri-sabitliyi kontekstində mümkün qisas riskinə görə sığınacaq istədiyini açıqlayıb.

Chosen
22
veteninfo.az

1Sources