EN

Rusiyadakı yeni qanunlar azərbaycanlılara necə təsir edəcək?

2026-cı ilin başlaması ilə Rusiyada qüvvəyə minən yeni qanunlar paketi vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərən çoxsaylı dəyişiklikləri özündə birləşdirir.

İlin ilk günündən etibarən minimum əməkhaqqı 25 min 511 rubla yüksəldilib, mənzil və kommunal xidmətlər üzrə ödənişlərdə isə artım tətbiq olunmağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hüquqşünasların fikrincə, 2026-cı ildə ölkə üzrə "JEK” kimi tanınan mənzil-kommunal xidmətlərin tariflərində orta hesabla 11–12 faiz artım gözlənilir.

Rəsmilər bu artımın uzun müddətdir planlaşdırıldığını bildirsələr də, bəzi regionlarda əvvəlki illərdə tariflərin 40 faizə qədər yüksəldiyi xatırladılır.

Vergi sahəsində ən diqqətçəkən dəyişiklik daşınmaz əmlak sahiblərini əhatə edir. Kadastr dəyəri 300 milyon rubldan artıq olan əmlaklar üçün əmlak vergisi dərəcəsi 0,1 faizdən 2,5 faizə qaldırılıb. 

Mütəxəssislər kadastr qiymətləndirmə metodlarının dəyişməsi səbəbindən bir çox mənzilin kağız üzərində dəyərinin bir neçə dəfə arta biləcəyi barədə xəbərdarlıq edirlər.

Bu isə faktiki olaraq “lüks vergi” kateqoriyasına düşməyən mülk sahiblərinin də ciddi vergi yükü ilə üzləşməsinə səbəb ola bilər.

Digər tərəfdən, bank əmanətlərindən əldə olunan faiz gəlirləri üçün 13 faiz gəlir vergisinin tətbiqi davam edir.

Hətta kiçik məbləğli əlavə gəlirlər belə bəzi vətəndaşlar üçün sosial müavinətlərin və kommunal subsidiyaların azaldılması və ya tamamilə dayandırılması ilə nəticələnə bilər.

Yeni qaydalar torpaq sahibləri və sürücülər üçün də sərtləşdirilib. Artıq hər hansı torpaq sahəsi üç il ərzində istifadə olunmazsa, onu alan və ya təhkim edilmiş olmasından asılı olmayaraq, dövlət qurumları məhkəməyə müraciət etmədən həmin ərazini geri almaq hüququna malikdir.

Yol hərəkəti sahəsində isə rəqəmsal nəzarət genişləndirilib: 

kameralar icbari avtomobil sığortası olmayan nəqliyyat vasitələrini avtomatik şəkildə müəyyən etməyə başlayıb.

Chosen
116
cebheinfo.az

1Sources