EN

Müdafiə Nazirliyi və Dövlət Komitəsi arasında birgə tədbirlər planı imzalanıb

Bakı.Trend:

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Dini Qurumlarlaİş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın genişləndirilməsiməqsədilə 2026-cı il üçün birgə tədbirlər planı imzalanıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyindəolan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə,eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgətədbirlərin yeri, icra vaxtı və məsul şəxslərmüəyyənləşdirilib.

Sənədin imzalanmasında əsas məqsəd hərbi qulluqçular arasındaəxlaqi-mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı mübarizətədbirlərinin gücləndirilməsi, sağlam dünyagörüşününformalaşdırılması və dövlət-din münasibətləri sahəsindəkoordinasiyanın artırılmasıdır.

Birgə tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusundamaarifləndirici görüşlərin, seminarların, təlimlərin və digərprofilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Chosen
133
12
az.trend.az

10Sources