EN

İsraildə uşaq bağçasında bədbəxt hadisə nəticəsində 55 uşaq xəsarət alıb, 2 körpənin vəziyyəti ağırdır

Yerusəlimdə uşaq baxçalarından birində yaşanan bədbəxt hadisə nəticəsində 2 körpə ölüb, 53 uşaq xəsarət alıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, azyaşlılar tənəffüs problemləri ilə üzləşiblər.

Yerli mətbuat özəl bağçada istilik sistemində nasazlıq yaşanması və ətrafa zərərli kimyəvi maddə buraxması ilə bağlı məlumatlar yayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
121
8
apa.az

9Sources