EN

Kabilin mərkəzində partlayış olub - Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış baş verib.

Missiya.Az xəbər verir ki, hadisə Kabilin Şəhr-e-Naw bölgəsində qeydə alınıb.

Məlumata əsasən, partlayış nəticəsində çoxsaylı ölən və yaralananların olduğu ehtimal edilir.

Partlayışın səbəbi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı Əfqanıstanın rəsmi qurumları tərəfindən hər hansı məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Seyranə QuliyevaMissiya.Az

Chosen
150
missiya.az

1Sources