AzÉ™rbaycan Respublikasının MüdafiÉ™ Nazirliyi ilÉ™ Dini Qurumlarla İş üzrÉ™ DövlÉ™t KomitÉ™si arasında É™mÉ™kdaÅŸlığın geniÅŸlÉ™ndirilmÉ™si mÉ™qsÉ™dilÉ™ 2026-cı il üçün birgÉ™ tÉ™dbirlÉ™r planı imzalanıb.Â
Bu barədə XQ-yə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək birgə tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyənləşdirilib.
Sənədin imzalanmasında əsas məqsəd hərbi qulluqçular arasında əxlaqi-mənəvi dəyərlərin təbliği, dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sağlam dünyagörüşünün formalaşdırılması və dövlət-din münasibətləri sahəsində koordinasiyanın artırılmasıdır.
Birgə tədbirlər planına uyğun olaraq, Azərbaycan Ordusunda maarifləndirici görüşlərin, seminarların, təlimlərin və digər profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulur.