EN

Həkimlərə verilən əlavələrin müddəti uzadıldı - Əsədov təsdiqlədi

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

"Yeni Sabah" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2026-cı il aprelin 1-dək uzadılıb.


Telegram kanalımız
Chosen
123
10
yenisabah.az

10Sources