EN

Ziraat Bank Azərbaycan 2025-ci ili uğurlu maliyyə göstəriciləri ilə başa vurub

Bakı. Trend:

Ziraat Bank Azərbaycan 2025-ci ildə də müsbət maliyyə artımınıdavam etdirərək əsas göstəricilər üzrə ardıcıl yüksəliş əldə edib.Bankın nəticələri ötən illə müqayisədə böyümə strategiyasınıneffektiv icra olunduğunu göstərir.

2024-cü il sonu ilə müqayisədə bankın cəmi aktivləri 48.5%artaraq 1 milyard 368 milyon manata çatıb. Bu göstəricilər ZiraatBank Azərbaycanın maliyyə dayanıqlığının və bazardakı mövqeyinindaha da gücləndiyini təsdiqləyir.

Kredit portfeli isə 44.8% artaraq 767 millyona yüksəlib. Kreditportfelinin 695 milyon manatı biznes kreditlərinin payına düşür, buportfeldə artım 39.5% təşkil etmişdir. Göstəricilər bankdakreditləşmənin davamlı genişləndirildiyini və real sektorunmaliyyələşdirilməsinə üstünlük verildiyini əks etdirir.

Depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 51.6%artaraq 1 milyard 97 milyon manatı keçib ki, bu da müştərilərinbanka olan etimadının möhkəmləndiyini göstərir.

Hüquqi şəxslərin müddətli depozitləri isə 2024-cü il sonu iləmüqayisədə 51.7% artaraq 178 milyonu ötüb. Qeyd olunan bu artımlarbankın gəlirliliyinin və maliyyə idarəetməsinin effektivliyininbariz nümünəsidir.

Əməliyyat fəaliyyətinin səmərəliliyinin artması nəticəsindəxalis mənfəət 60.3% yüksələrək 23 milyon manatı ötüb. Həmçinin, sonildə xalis əməliyyat mənfəəti 36.4% artaraq 44 milyon manatı keçib.Cəmi kapital isə 20.3% artaraq 161 milyon manata çatıb.

Bank növbəti dövrlərdə də innovativ bankçılıq həlləri, rəqəmsalxidmətləri və müştəriyönümlü yanaşma əsasında dayanıqlı inkişafınıdavam etdirməyi planlaşdırır.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik TürkiyəRespublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank,Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyətgöstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsulvə xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəyerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı,rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı BankınInstagram,X-platforması,Linkedin,YouTubesosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.

Chosen
100
6
az.trend.az

7Sources