EN

Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının monitorinq modulu formalaşdırılacaq

Bakı. Trend:

“Azərbaycan Respublikasında gender (kişi və qadınların)bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nınicrasının monitorinqi və hesabatlılıq modulu”formalaşdırılacaq.

Trend-inməlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qərara əsasən, qtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (bundan sonra – Mərkəz) Milli Fəaliyyət Planının həyatakeçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərinicrasının monitorinqini və qiymətləndirilməsini təmin etməkməqsədilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların)bərabərliyi üzrə 2026–2028-ci illər üçün Milli Fəaliyyət Planı”nınicrasının monitorinqi və hesabatlılıq modulu”nun (bundan sonra –Modul) Mərkəz tərəfindən hazırlanmış Vahid Elektron HesabatlılıqPortalı çərçivəsində formalaşdırılmasını 2 aymüddətində təmin etməli və növbəti ildən Tədbirlər Planınınmonitorinqini və qiymətləndirilməsini Modul üzərindən həyatakeçirməlidir.

Mərkəz Milli Fəaliyyət Planında qeyd olunmuş tədbirlərlə bağlıicraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar,icra müddətləri üzrə məlumatları və digər zəruri göstəriciləritəsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları təminedən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin Moduldayaradılmasını təmin etməlidir.

Mərkəz Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasınınmonitorinqinin nəticəsi barədə məlumatları 2027-ciildən başlayaraq, ildə bir dəfə, hər il aprelin30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Mərkəz Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasınınqiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2029-cuil iyunun 30-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Mərkəz Modulun yaradılması və Tədbirlər Planında nəzərdətutulmuş tədbirlərin icrasının monitorinqinin vəqiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illərüçün büdcəsində nəzərə almalıdır.

Məqalədə:
Chosen
149
1
az.trend.az

2Sources