EN

Alonso İngiltərə nəhəngini çalışdıracaq?

İspaniyalı mütəxəssis Xabi Alonso məşqçilik karyerasını İngiltərənin "Tottenhem" klubunda davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.

Bildirilir ki, "Tottenhem" sabiq "Real" baş məşqçisini Tomas Frankın yerinə namizəd olaraq nəzərdən keçirir. Frankın yaxın günlərdə vəzifəsindən azad olunacağı gözlənilir.

Onunla maraqlanan digər klublar arasında İngiltərənin "Mançester Yunayted" və "Mançester Siti", həmçinin Almaniyanın "Ayntraxt" komandası da var.

Qeyd edək ki, Premyer Liqada 22 turdan sonra "Tottenhem" 27 xal toplayaraq turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Son turda evdə "Vest Hem"ə 1:2 hesabı ilə məğlub olub.

Chosen
147
publika.az

1Sources