EN

® “Ziraat Bank Azərbaycan” 2025-ci ili uğurlu maliyyə göstəriciləri ilə başa vurub

“Ziraat Bank Azərbaycan” 2025-ci ildə də müsbət maliyyə artımını davam etdirərək əsas göstəricilər üzrə ardıcıl yüksəliş əldə edib. Bankın nəticələri ötən illə müqayisədə böyümə strategiyasının effektiv icra olunduğunu göstərir.

2024-cü il sonu ilə müqayisədə bankın cəmi aktivləri 48,5 faiz artaraq 1 milyard 368 milyon manata çatıb. Bu göstəricilər “Ziraat Bank Azərbaycan”ın maliyyə dayanıqlığının və bazardakı mövqeyinin daha da gücləndiyini təsdiqləyir.

Kredit portfeli isə 44,8 faiz artaraq 767 milyon manata yüksəlib. Kredit portfelinin 695 milyon manatı biznes kreditlərinin payına düşür, bu portfeldə artım 39,5 faiz təşkil edib. Göstəricilər bankda kreditləşmənin davamlı genişləndirildiyini və real sektorun maliyyələşdirilməsinə üstünlük verildiyini əks etdirir.

Depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,6 faiz artaraq 1 milyard 97 milyon manatı keçib ki, bu da müştərilərin banka olan etimadının möhkəmləndiyini göstərir.

Hüquqi şəxslərin müddətli depozitləri isə 2024-cü il sonu ilə müqayisədə 51,7 faiz artaraq 178 milyonu ötüb. Qeyd olunan bu artımlar bankın gəlirliliyinin və maliyyə idarəetməsinin effektivliyinin bariz nümunəsidir.

Əməliyyat fəaliyyətinin səmərəliliyinin artması nəticəsində xalis mənfəət 60,3 faiz yüksələrək 23 milyon manatı ötüb. Həmçinin son ildə xalis əməliyyat mənfəəti 36,4 faiz artaraq 44 milyon manatı keçib. Cəmi kapital isə 20,3 faiz artaraq 161 milyon manata çatıb.

Bank növbəti dövrlərdə də innovativ bankçılıq həlləri, rəqəmsal xidmətləri və müştəriyönümlü yanaşma əsasında dayanıqlı inkişafını davam etdirməyi planlaşdırır.

“Ziraat Bank Azərbaycan” ASC 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı bankın “Instagram”, “X-platforması”, “Linkedin”, “YouTube” sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Chosen
122
6
azertag.az

7Sources