EN

Tramp Lukaşenkoya “Sülh şurasının” təsisçisi olmağı təklif edib – Rəsmi Minsk

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoyaşəxsi müraciətində ona Qəzza zolağındakı münaqişənin nizamlanmasıüzrə “Sülh şurasının” təsisiçisi olmağı təklif edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, belə bir bəyanatla Belarusun XİN-ninmətbuat katibi Ruslan Varankov çıxış edib.

“Belarus tərəfi Amerika Birləşmiş Ştatları Prezidentinin cənabDonald Trampın Belarus Respublikasının Prezidenti AleksandrQriqoryeviç Lukaşenkoya ünvanladığı şəxsi müraciəti alıb.Müraciətdə Qəzzada vəziyyətin tənzimlənməsi kontekstində Belarusa‘Sülh Şurası’ – yeni beynəlxalq təşkilatın təsisçisi olmaq təklifolunur”, – deyə XİN-in mətbuat xidməti onun sözlərini sitatgətirib.

Varankovun sözlərinə görə, bu təklif barədə Belarus Prezidentinəməlumat verilib və o, təşəbbüsü müsbət qarşılayıb.

“Bizim mövqeyimiz belədir: təklif olunan təşəbbüsdə nəzərdətutulan mandatın çərçivələrindən xeyli kənara çıxacaq şəkildə butəşkilatın səlahiyyət və fəaliyyət imkanlarının genişlənəcəyinəümid edərək və bunu nəzərə alaraq, ‘Sülh Şurası’nın fəaliyyətindəiştirak etməyə hazırıq”, – deyə o bildirib.

Chosen
109
1
az.trend.az

4Sources