EN

Azərbaycan idmançıları vinq çun və uşu üzrə beynəlxalq turnirlərdə iştirak edəcəklər

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti, Əməkdar məşqçi Asif Sayadov məlumat verib.

Onun sözlərinə görə, martın 13–16-da Yunanıstanın Afina şəhərində vinq çun üzrə altıncı dünya kuboku keçiriləcək. Azərbaycan idmançıları həmin yarışda qüvvələrini sınayacaqlar. Eyni zamanda, təmsilçilərimiz martın 17–18-də uşu üzrə beynəlxalq turnirdə də mübarizə aparacaqlar.

Qeyd edək ki, fevral ayında vinq çun üzrə Bakı çempionatı təşkil olunacaq.

 

Chosen
110
azertag.az

1Sources