EN

"Karvan-Yevlax" sabiq baş məşqçisinə təzminat ödədi

style='margin-bottom:10px;'>

"Karvan-Yevlax" sabiq baş məşqçisi Azər Həşimovla bağlı öhdəlikləri yerinə yetirib.

QOL.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Qeyd olunur ki, son bir neçə ay ərzində klubla baş məşqçi arasında mövcud müqavilə şərtləri və əməkdaşlığın davamı ilə bağlı danışıqlar aparılsa da, tərəflər arasında razılıq əldə olunmamışdı. Aparılan müzakirələrin yekununda isə qarşılıqlı anlaşma əsasında kompensasiya məbləğinin ödənilməsi ilə razılaşma əldə edilmiş və müqaviləyə xitam verilib.

Eyni zamanda baş məşqçi heyətində yer alan köməkçi məşqçilərlə də qarşılıqlı razılıq əsasında müqavilələrə xitam verilməsi barədə razılaşma əldə olunub.

Xatırladaq ki, "Karvan-Yevlax" ötən ilin noyabrında Azər Həşimovla yollarını ayırıb.

Chosen
142
13
teleqraf.com

10Sources