EN

İspaniyada üç günlük matəm elan edildi

BAKI, 19 yanvar. TELEQRAF

İspaniyanın Kordova əyalətində baş verən qatar qəzasından sonra üç günlük matəm elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, dünən gecə İspaniyanın Kordova əyalətində (Renfe şirkətinə məxsus) Iryo və Alvia qatarları relsdən çıxaraq toqquşub.

Nəticədə 39 nəfər ölüb, 152 nəfər yaralanıb.

Chosen
168
teleqraf.com

1Sources