EN

Bu hadisə Azərbaycanda yox, Amerika Birləşmiş Ştatlarında baş versəydi senator Markey belə reaksiya verməzdi

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Amerikalı senator Edvard J. Markey öz "Facebook" səhifəsində Azərbaycana qarşı haqsız mövqeyini belə ifadə edib: “Mən Azərbaycan tərəfindən qanunsuz olaraq saxlanılan dörd erməni mülki şəxsin azad edilməsini alqışlayıram, amma bu, kifayət deyil. Ən azı 19 erməni hələ də haqsız yerə həbsdədir. Dövlət Departamenti Azərbaycana təzyiqi artırmalıdır. Mən hər bir sonuncu erməni məhbus azad olunana qədər səy göstərməyə davam edəcəyəm”.

Qeyd edək ki, senator Markey əvvəllər insan hüquqları ilə bağlı fəaliyyət göstərməyib. Görünən odu rki, yaşı 80-dən çox olan senator bu yaşda "tamahının əsiri"nə çevrilib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, senator Edvard John Markeyin açıqlamaları tamamilə əsassızdır: “Bu açıqlamaların hüquqi əsasları yoxdur, hərbi cinayətlkarların məsuliyyətdən yayındırılmasına və cəzasızlıq mühitinin formalaşmasına xidmət edir ki, bu da növbəti cinayətləri üçün zəmin deməkdir. Bənzər hadisə Amerikada baş versəydi, əminəm ki, heç bir halda Markey belə açıqlama verməzdi və verə bilməzdi. Əgər Jonh Markey özünü cəsarətli senator hesab edirsə, yaxşı olar ki, ABŞ və onun ətrafında baş verən hadisələrə qiymət versin. O zaman həm seçiciləri qarşısında bir növ hesabat vermiş ola bilər. Həm də, sözün əsl mənasında insan hüquq müdafiəçisi kimi görünə bilər.

Jonh Markey 80 yaşlı senatordur və ömrü boyu ekologiya, innovasiyalar, yeni texnologiyalar kimi məsələlərlə məşğul olub. Amma insan hüquqlarının istismar edilməsi, "Demokrat"ların köhnə mərəzidir. Görünür, Markey də bu mərəzdən qurtula bilmir. Məhz bundan ibarətdir ki, uzun fəaliyyəti dövründə başqa sahələrdə fəaliyyət göstərən Markey birdən birə insan hüquq müdafiəçisinə çevrilir. Bu da əlbəttə ki, erməni lobbisinin təsiri altında baş verir”. Hikmət Babaoğlu qeyd edib ki, bu məsələyə diqqət yönləndirmək lazımdır.

Hikmət Babaoğlu

Hikmət Babaoğlu hesab edir ki, hüquq ali dəyərdir və o, hüququ biz bir sıra amerikalı senatorlara Markeyin həmkarlarına tətbiq olunanda onların fəaliyyətində nə qədər qanunsuzluqların olduğu görünüb. Deputatın fikrincə, bu mövzuda Azərbaycanın qeyri hökumət təşkilatları da, hüquq müdafiəsi təşkilatları da sona qədər mübarizə aparmalıdırlar.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
50
bizimyol.info

1Sources